Simit Sarayi

EN | RU

Terms of use

Terms of use

“GFC” MMC-nin www.simitsarayi.az internet səhifəsinə xoş gəlmişiniz. Zəhmət olmazsa, saytımızın istifadə şərtlərinin əhatə olunduğu aşağıdakı maddələri oxuyun.
Saytdan istifadə edərək, aşağıdakı maddələri qəbul etmiş olursunuz. “GFC” MMC əvvəlcədən xəbərdarlıq etmədən aşağıdakı maddələri dəyişdirmək və yeniləmək hüququnu özündə saxlayır.

Saytda icra olunan proseslər, sifarişlər və saytda ediləcək dəyişikliklər

“GFC” MMC heç bir səbəb göstərmədən saytdan qəbul edilən sifarişlərin sayını ləğv etmək və məhdudlaşdırmaq hüququnu özündə saxlayır. Bu məhdudiyyət eyni müştəri hesabından, eyni kredit kartından istifadə etməklə, eyni faktura və ya çatdırılma ünvanlarını özündə əks etdirən, topdansatış, diler və ya yenidən satış üçün verildiyi güman edilən sifarişlərə şamil oluna bilər. “GFC” MMC istənilən vaxt və əvvəlcədən xəbərdarlıq etmədən saytda dəyişiklik etmək, saytdan istifadəni dayandırmaq və ya saytın parametrlərini dəyişmək hüququnu özündə saxlayır.

Saytın tərkibi

Saytdakı şəkillər, mətnlər, vizual elementlər və videolar kimi hər hansı material “GFC” MMC şirkətinin mülkiyyətidir. Saytın məzmunu sırf şəxsi və qeyri-kommersiya məqsədləri üçün nəzərdə tutulub. İstifadəçilər tərəfindən məzmundan istifadə edilməsi və ya şəxsi məqsədlər üçün informasiya texnologiyaları vasitələrinə ötürülməsi nəticəsində məzmunla bağlı hər hansı paylama, istifadə və yayım hüququ istifadəçiyə keçməyəcək..

Saytda verilən şəxsi məlumatlar

Saytda təqdim etdiyiniz şəxsi məlumatlar "Məxfilik" bölməsində təsvir olunan qaydalara tabedir..

Digər saytlara keçid linkləri

“GFC” MMC saytı vasitəsilə nəzarət altında olmayan saytlara keçidlərdən istifadə etmək imkanı yarana bilər. Bu zaman “GFC” MMC bu saytlara görə heç bir məsuliyyət daşımır və ya bu linklərin verilməsi “GFC” MMC-nin bu saytları təsdiq etdiyi və ya şərh olunması demək deyil. Linklər yalnız istifadəçi rahatlığı və ya məlumat mübadiləsi məqsədləri üçün verilir..

Əqli mülkiyyət hüquqları

Saytda mövcud olan məlumat, şəkillər və məzmun “GFC” MMC–yə məxsusdur və onun əvvəlcədən yazılı razılığı olmadan qismən və ya tamamilə surəti çıxarıla, paylana, çoxaldıla, istifadəyə verilə, dəyişdirilə və gələcəkdə istifadə üçün saxlanıla bilməz. Saytın bütün məzmunu (mətn, məlumat, qrafika, şəkillər, loqolar, düymə nişanları, verilənlər bazası, dizayn, proqram təminatı və Veb Sayt məzmununun digər elementləri) “GFC” MMC-nin əqli və sənaye mülkiyyətidir. Saytdakı bütün mətnlər, qrafiklər, şəkillər və görüntülərin bütün hüquqları qorunur. Vebsaytın məzmunu, dizaynı və proqram təminatı ilə bağlı bütün maliyyə hüquqlarının (emal, çoxalma, yayma, təqdimat və ictimaiyyətə təklif) icazəsiz istifadəsi, həmçinin bununla məhdudlaşmayaraq, hər hansı icazəsiz açıqlama və ondan istifadə əqli və sənaye mülkiyyəti hüquqlarının pozulmasını hesab edilir..

Üzvlükdən xaric olunma

“GFC” MMC bu səhifədə elan edilmiş İstifadə şərtlərinin pozulması aşkar edildikdə və ya bu pozuntularla əlaqəli şikayət daxil olduqda, o, istifadəçilərin hər hansı şəkildə Vebsaytdan istifadəsinə mane oluna bilər və ya heç bir xəbərdarlıq etmədən onu üzvlükdən xaric edilə bilər. Bu vəziyyətdə ortaya çıxa biləcək bütün məsuliyyətlər ilə 3-cü şəxslər və/və ya səlahiyyətli orqanlar tərəfindən “GFC” MMC-yə qarşı qaldırıla biləcək bütün iddialar, tələblər və/və ya ödənişlər üçün “GFC” MMC-nin İstifadəçilərə tərəfdaşları ilə birlikdə təzminat hüququ qorunur. “GFC” MMC özünün ləğv etdiyi İstifadəçi hesabına aid hər hansı məlumatı silməkdə və ya silməməkdə sərbəstdir. İstifadəçi silinmiş və ya saxlanılan qeydlərlə bağlı hər hansı hüquq və/yaxud kompensasiya tələb edə bilməz. İstifadəçi xitamla bağlı heç bir zərər, itki və/və ya kompensasiya tələb etməyəcəyini və bu hüquqlarından imtina etdiyini əvvəlcədən qəbul edir və bildirir..

loading