Simit Sarayi

EN | RU
Koroğlu şöbəmiz artıq xidmətinizdə!
15/12/2022

Koroğlu şöbəmiz artıq xidmətinizdə!

Koroğlu metrosunun yaxınlığında, “Alov parkı”nda açılan “Simit Sarayı”nın yeni filialı köhnə və yeni qonaqlarını qarşılamağa şaddır. Burada siz bizim məşhur simitlərimizlə nahar edə və isti içkilərdən, zərif desertlərdən və ya isti un məmulatlarından həzz ala bilərsiniz.

Belə ki, parkda gəzən şəhər sakinləri “Simit sarayı”nda təqdim olunan ən çox sevdikləri təamların yanından keçə bilməyəcəklər. Hər səhər vitrinlərimizdə məhsulların tam çeşidini tapa bilərsiniz: təzə bişmiş simitlər, mükəmməl un məmulatları və ləzzətli sendviçlər. Tortlar və şirniyyatlar olan vitrin isə müxtəlifliyi ilə alıcıların diqqətini çəkir: burada həm meyvəli, həm də şokoladlı desertləri tapa bilərsiniz. Bu siyahı da sonsuzdur.

Sizi yeni filialımızda gözləyirik!

loading